CƏMİYYƏT

Xocalı faciəsini yad etmək, ziyarət yerimiz olan “ANA” abidəsini ziyarət etmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur

Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törətməsindən 27 il ötür.
Hər il olduğu kimi, bu il də, Azərbaycanın bütün şəhər və rayonlarında, o cümlədən, dünyanın bir çox ölkəsində Xocalı soyqırımının ildönümü münasibətilə anım tədbirləri keçirilir, soyqırımı qurbanlarının xatirəsi yad edilir, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi bu dəhşətli faciə barədə dünya ictimaiyyətinə dolğun məlumatlar verilir.
Belə tədbirlərdən biridə, “Vətən Müharibəsi Əlillərinə Kömək” ictimai birliyinin və Azərbaycan Respublikası “Beynəlmiləlçı Döyüşçülər” Fondunun,Azərbaycan Kazakları Həmyerliləri İctimai Birliyinin kolektivinin Xocalı sakinlərinin və Qarabağ müharibəsi əlillərinin, veteranlarının iştirakı ilə, Xocalı soy qrımının 27 ci ildönümü münasibəti ilə təşkilatın qəragahının qarşısında matəm tədbiri keçirərək, 1992-ci il fevralın 25 indən 26 sına keçən gecə, keçmiş Sovet ordusunun 366-cı terorçu motoatıcı alayının birbaşa iştirakı ilə, erməniləri terorçularının törətdikləri o müşkül faciyənin amansızlığları xatırlanaraq Xocalı şəhidləri anıldı.
“Vətən Müharibəsi Əlillərinə Kömək” ictimai birliyinin sədir müavini Məcid Məmmədov Xocalı soyqrimı haqqında statistik məlumatla çışış edərək qeyd etdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə–azərbaycanlılara qarşı misli görünməmiş vəçiliklərlə soyqırımı törədimişdir.
fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən mühasirədə saxlanılmış Xocalı şəhəri keçmiş Sovet ordusunun 366-cı terorçu motoatıcı alayının birbaşa iştirakı ilə, hücuma məruz qalıb, şəhər dağıdılıb, dinc və günahsız insanlar güllə-baran edilib, qocalara, qadınlara, uşaqlara aman verilməyib. O qanlı gecədə 613 nəfər öldürülüb. Onların arasında 83 uşaq, 106 qadın olub. Şəhidlərin 56 nəfəri xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirib.
Azərbaycan Respublikası “Beynəlmiləlçı Döyüşçülər” Fondunun Prezidenti Sərraf Orucov 366-cı alayınnın döyüş texnikası-nın köməkli ilə 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə XX yüzilin II yarısında Azərbaycan türklərinin tarixində ən böyük faciə-Xocalı qırğını baş vermişdir.
Təsüflər olsunki, bu günə kimi, 366-cı motoatıcı teror alayının ovaxtki heç bir komandiri Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törətməsində bilavəstə iştirak etdiyləri üçün cinayyət məsuliyətinə cəlb edilməmişdir.
27 ildir ki, işğal olunmuş torpaqlarımızın işğaldan azad olunması istiqamətində aparılan sülh danışıqları heç bir nəticə vermədi. Buna görə artıq biz müharibə veteranları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin səbirsizliklə hərb variantından istifadə ediərəl müharibə əmrini gözləyirik. Biz-keçmiş Əfqanstan və Qarabağ müharibəsinin döyüşçüləri Qarabağda işğal olunmuş torpaqlarımızın ermənilərdən təmizləyib azad etmək üçün yenidən döyüşməyə hazırıq! Biz bu ağır yükü və problemi gənc nəsilə saxlamamalıyıq!
Qarabağ müharibəsinin əlili Vüqar Əskərov çıxış edərək, vurğuladı ki, 27 il öncə Xalqımıza qarşı 20-ci əsrin ən böyük faciəs- Xocalı soyqırımı törədilmişdir. Erməni cəlladları Rus ordusuyla birləşərək Dünyada misli görünməyən qətliyam törətmişdirlər. Bu faciənin üzərindən 1000 illər keçsədə belə Xalqımız bunu unutmayacaq. Əziz Xalqımıza bu faciə ilə bağlı baş sağlığı verir, Xocalıda şəhid olanlara Allahdan rəhmət diləyirəm. Artıq qisas vaxtıdır. Biz işğalda qalan torpaqlarımızı azad etməliyik ki, Vətən uğurunda şəhid olanların da ruhları rahatlıq tapsın. Xocalı faciəsini yad etmək, ziyarət yerimiz olan ” Ana” abidəsini ziyarət etmək bizim hamımızın mənəvi haqqıdır.
Daha sonra matəm tədbir iştirakçılarından, “Vətən Müharibəsi Əlillərinə Kömək” ictimai birliyinin sədri Qurban Məmmədov, birliyin hüquqşunası, Qarabağ müharibəsinin Azər Səfərov, şairə Yasəmən Qəyumlu,Azərbaycan Kazakları Həmyerliləri İctimai Birliyinin sədir müavini Aslan İsmayılov Xocalı sakinləri və başqaları çıxış edərək, Xocalı qətilamizindən danşaraq, Xocalida Şəhid olanlara Allahdan rəhmət dilədilər.
Daha sonra matəm tədbir iştirakçıları, Xətai rayonunda ucaldılmış ” Ana” abidəsinin önünə gedərək ,abidənin önünə gül çələngi və qərənfillər qoyaraq Xocalı şəhidlərinin ruhlarını yad edərək şəhidlərin əziz xatirəsinə dualar oxudular.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + 3 =

Close
Close