CƏMİYYƏT

Deputatdan açıqlama: uşaq pulları bərpa olunur?

“Bir qrup valideyn Milli Məclisə aylıq uşaq pulunun bərpası üçün məktub göndərdi. Parlamentdə büdcə müzakirələri zamanı uşaq pulunun bərpası məsələsi də müzakirəyə çıxarıldı və bərpa olunacağı vədi verildi”.
Qaynarinfo xəbər verir ki, bunu bir müddət öncə bizimyol.info-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev deyib.
O, bəzi deputatların da bu məsələyə dəstək olduqlarını və müzakirə uşaq pullarının bərpası üçün səs verəcəklərini bildirib. Ə.Vəliyev növbəti addımın 500 valideynin imzası ilə ölkə başçısına müraciət ünvanlamaq olduğunu bildirib.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov belə müraciətdən xəbərsiz olduğunu, lakin məsələnin mütəmadi olaraq qaldırıldığını deyib:
“Uşaq pullarının bərpa olunması məsələsi Milli Məclisdə mütəmadi olaraq qaldırılır. Baxıla bilər. Amma hələlik gündəlikdə yoxdur”.
Çingiz Səfərli

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × one =

Close
Close