İQTİSADİYYAT

Dollar kreditini artıq ödəyənlər, pul sizə qaytarılacaq – Video

Mərkəzi Bankın icraçı direktoru Rəşad Orucov REAL TV-nin canlı yayımında problemli dollar kreditlərinin dövlət tərəfindən ödənilməsi barədə prezident İlham Əliyevin fərmanını şərh edib.

“Yenigundem”in verdiyi xəbərə görə, R.Orucov bildirib ki, əgər vətəndaş 0.78 məzənnə ilə dollar krediti alıb devalvasiyadan sonra 1.05 məzənnəsi ilə ödəyibsə, iki məzənnə arasındakı fərq vətəndaşa geri qaytarılacaq:

“Kredit tam bağlanıbsa fərq geri veriləcək. Devalvasiyadan öncə götürülüb ödənilən və ikinci devalvasiyadan sonra götürülən kreditlərə kompensasiya nəzərdə tutulmayıb”.

***

Rəşad Orucov eyni zamanda vətəndaşları narahat edən suallara da cavab verib:

– Deyək ki, vətəndaş 2015-ci ilin 21 fevralın əvvəlindən dollarla kredit götürüb və ödəyə bilməyib. Kreditin ödənişi gecikib, bununla bağlı məhkəmə prosesi gedir və ya artıq məhkəmə qərarı var, icra mərhələsindədir. Bu zaman vətəndaş hansı üstünlüklər əldə edir? 

– Birincisi, manatın ABŞ dollarına münasibətdə məzənnəsinin dəyişməsi nəticəsində yaranmış fərq kompensasiya olunur, yəni vətəndaşın borcu azaldılır. İkincisi, deyək ki, 10 min dolların 5 min dollar qalığı qalıbsa, kompensasiyanı alandan, borcu həcmi azalandan sonra həmin vətəndaş bankla yeni kredit müqaviləsi imzalayır, kredit müddəti 5 ilə qədər uzadılır, 1 il güzəşt dövrü əldə edir və bütün faiz borcları da silinir. Bu zaman banklara da müəyyən dəstək vermək lazımdır. Çünki banklar əhalinin dollarla olan kreditlərini manata keçirdikləri üçün onların da açıq valyuta mövqeyi yarana bilər. Buna görə də Mərkəzi Bank banklara zəruri olan valyutada qiymətli kağızlar verəcək. Burada həm əhalinin problemləri həll olunur, həm də bank sektorunun dayanıqlılığının qorunması üçün bütün tədbirlər nəzərdə tutulub.

Dollar kredit götürüb devalvasiyadan sonra banka müraciət edərək həmin günün məzənnəsi ilə manata keçirilən kredit götürənlərlə bağlı da fərmanda qeyd var. 2015-ci ilin 21 fevralın əvvəl kredit götürüb devalvasiyadan sonra 1,05 məzənnə manata konversiya edənlərə də kompensasiya ödəniləcək.

***

R.Orucov 10 min dollardan çox kredit götürənlərlə bağlı suala cavab olaraq bildirib ki, təhlillər nəticəsində məlum olub ki, problemli kreditlərin 95 faizi 10 min dollardan aşağı məbləğdə kredit götürənlərdir.

***

2015-ci il fevralın 21-dən öncə kredit götürüb devalvasiyadan sonra ödəyənlər və hələ krediti ödəyib bitirməyən şəxslər üçün 0,78 məzənnəsi ilə yaranan fərq hesablanacaq, kompensasiya həmin şəxsin banka olan borcunun azaldılmasına yönəldiləcək. Həmin vətəndaşın bank qarşısında olan borcu əhəmiyyətli dərəcədə azalacaq.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + sixteen =

Close
Close