SOSİAL

“Azərbaycan Hadoop” istifadəçilər qrupunun görüşü keçiriləcək

Martın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “Tech Academynin” birgə təşkilatçılığı ilə “Azərbaycan Hadoop” istifadəçilər qrupunun görüşü keçiriləcək.

Agentliyin mətbuat xidmətindən “Yenigundem”-e verilən məlumata görə, Big data texnologiyalarının tətbiq sahələri, yeni nəsil datawarehouse sistemləri, Data Analitika mərhələləri və bir çox əhəmiyyətli mövzuların müzakirə olunacağı görüşdə tanınmış xarici və yerli mütəxəssislərin iştirakı nəzərdə tutulur.
Tədbirin spikerləri ADA Universitetinin Data Analytics mərkəzinin rəhbəri Abzetdin Adamov, Türkiyədə KOMTAŞ məlumatların idarəolunması mərkəzinin big data üzrə analitiki Zekeriyya Beşiroğlu və Azərbaycan Oracle istifadəçilər qrupunun rəhbəri, “Oracle ACE Director” mükafatın sahibi Kamran Ağayev olacaqlar.
Arzu edənlər tədbirdə iştirak edə bilərlər.
Qeydiyyatdan keçmək üçün http://https//bit.ly/2NyM9Pw

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + eleven =

Close
Close