KRİMİNAL

Kürdəmirdə maşın yanaraq külə döndü – Fotolar

Kürdəmirdə vətəndaşa məxsus avtomobil və qarajı yanıb.

“Yenigundem” xəbər verir ki, hadisə rayonun Ərşəli kəndində qeydə alınıb. Belə ki, Ərşəli kənd sakini 23 yaşlı İsgəndərov Niyaməddin Adil oğlu atası İsgəndərov Adil Paşa oğluna məxsus “VAZ 21011” markalı avtomaşını həyətdə yuduqdan sonra yardımçı tikilinin altında saxlayıb.

Həmin gün gecə saat 2 radələrində ev sakinləri avtomobilin və qarajın yandığını görüblər. Qonşuların köməkliyi ilə yanğını söndürüblər. Yanğının yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınsa da, avtomobil külə dünüb.

Hadisə yerinə Kürdəmir RPŞ-nin əməkdaşları dəvət olunub və olay yerinə baxış keçirilib. Hadisənin hansı səbəbdən baş verməsi ekspertin rəyindən sonra məlum olacaq.

Ev sahibləri iddia edirlər ki, maşını və qarajı qəsdən yandırıblar, çünki onlar hər hansı qəzanın baş verməməsi üçün əvvəldən akkumlyatoru ayırıblar.Faktla bağlı Kürdəmir RPŞ-də araşdırma aparılır.

Qafqazinfo.az


Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 13 =

Close
Close