ŞOU-BİZNES

Müğənni Damlanın başına iş gəldi: “Bu qədər nifrəti içinizdə necə daşıya bilirsiniz?”

Günlərdir haqqında mediada danışılan müğənni yenidənə diqqət mərkəzinə düşüb.

Minval.info xəbər verir ki, sənətçi Damlanın ümumi baxış sayı 35 milyondan çox olan “Youtube” kanalı silinib. Bu barədə məşhur müğənni sosial media hesabında məlumat verib.

“Mən kənardan bu qədərmi təhlükəli görsənirəm? İndi də “Youtube” kanalımı sındırdınız. Nəyin savaşına çıxmısınız? Allahın yazdığı qisməti, uğuru, silməyəmi cəhd edirsiniz? Allahla Allahlıqmı etmək istəyirsiniz? “Çamadan” mahnımız 1 günə trenddə 1-ci oldu. Həmin an kanalı sındırdınız. Bu qədər nifrəti içinizdə necə daşıya bilirsiniz? Mahnını silin, klipi silin, kanalı silin, bəs sonra? Allah ucaltdığını Allah yıxar. Bilirəm, mənim səssizliyimə dözmək çox çətindir. Hakerlərə tökdüyünüz pulları bir kasıbın qarnını doyurmağa ayırsanız, Allah da sizi ucaldar. O səhifəni onsuz da bərpa edəcəyik. Allah hər kəsin qəlbinə görə verir. Bu da keçəcək”.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + seven =

Close
Close