MAQAZİN

Əməkdar artist ilə təşkilatçı arasında qalmaqal: “Saxta əməlləri çiynində necə daşıya bilir?”

Müğənni Şəbnəm Tovuzlu Rusiyanın paytaxtı Moskva şəhərində konsert verib.

Open.az xəbər verir ki, konsert bir neçə müddətdir adı qalmaqallarda hallanan təşkilatçı Samirə Zeynalovanın təşkilatçılığı ilə baş tutub.

Konsertdən sonra Ş.Tovuzluya gecə üçün təşkilatçıya təşəkkürünü bildirib: “Hər zaman gözəl işləri ilə seçilən S.Zeynalova, bu konsertiniz də möhtəşəm oldu. Hər şeyə görə çox sağ olun. Düzdür, mənə çox dedilər konsert baş tutmayacaq. Amma mən insanı tanıyanam və görürəm ki, o insanın uğurları olub. Hardasa bir az büdrəyibsə, həmin insanı vurmağı, əzməyi sevirlər. Siz güclü, təşkilatçı kimi işini bilən xanımsınız”.

İfaçının təşkilatçı barəsində sözlərini əməkdar artist Könül Kərimova cavabsız qoymayıb. O, öncə həmkarını konserti münasibətilə təbrik edib, daha sonra isə təşkilatçı barədə xəbərdarlıq edib: “Allaha şükür olsun ki, öz zəhmətinlə və böyük sevgi ilə öz sevənlərinlə görüşün baş tutdu. Qaldı ki, başqa məsələlərə bizdə ilk dəfə başlayanda hər şey əla yox, normal başladı. Ancaq sonra elə dəhşətlərlə qarşılaşdım ki… Sadəcə düşündük ki, qadın adını daşıyan bir şəxs və övladı olan ana bu qədər pisliyi, çirkinliyi, saxta əməlləri çiynində necə daşıya bilir?! Səni təbrik etmək olar, yaxşı qurtarmısan”.

Gülnar Qafarlı

Əməkdar artist ilə təşkilatçı arasında qalmaqal: Saxta əməlləri çiynində necə daşıya bilir

Əməkdar artist ilə təşkilatçı arasında qalmaqal: Saxta əməlləri çiynində necə daşıya bilir

Əməkdar artist ilə təşkilatçı arasında qalmaqal: Saxta əməlləri çiynində necə daşıya bilir

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 4 =

Close
Close