GÜNDƏMMANŞET

“Azərsu” sakinləri niyə saymır? -FOTOLAR

Bərdə şəhəri, Qarabağ qəsəbəsində yeraltı çəkilmiş su xətti deformasiyaya uğradığından ərazidə yolu su basıb.Yolu bərbad vəziyyətə salan su, maşınların və piyadaların hərəkətinə maneə olmaqla yanaşı, evlərə, həyətlərə də dolur.
Şəkillərdə gördüyünüz, ərazidə yerləşən köçkün məktəbin həyəti və binasıdır. Su məktəbin həyətinə, oradan da zirzəmiyə dolur.
Bununla əlaqədar beş gün ərzində Azərsuyun 955 qaynar xətt nömrəsinə altı dəfə müraciət olunmasına baxmayaraq, adıçəkilən qurumdan heç bir reaksiya olmayıb.

 

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 2 =

Close
Close