CƏMİYYƏT

Bakı Ali Neft Məktəbində “ASAN Kadr” Karyera mərkəzinin 2-ci Karyera sərgisi keçirilib

Martın 12-də “ASAN Könüllülük” Məktəbinin “ASAN kadr” karyera mərkəzinin və Bakı Ali Neft Məktəbinin birgə əməkdaşlığı ilə 2-ci “Karyera sərgisi” keçirilib.

“Yenigundem” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, müxtəlif yerli və xarici müəssisələrin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Gənclərin məşğulluğunun artırılmasına yönəlmiş karyera sərgisində vətəndaşlara məşğulluq, iş, təcrübə imkanları təklif edilib, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradılıb. “Coca-Cola” şirkətinin dəstəyi ilə təşkil edilən sərgidə, ümumilikdə, 80 müəssisə təmsil olunub.

Mütəmadi təşkil olunan “Karyera sərgisi”nin əsas məqsədi ASAN könüllüsü olmuş, o cümlədən savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin məşğulluq imkanlarını artırmaq, vətəndaşların dövlət və özəl qurumlarda işlə təmin olunmalarına dəstək göstərmək, habelə müəssisələrin mövcud iş vakansiyaları haqqında məlumat vermələri üçün şərait yaratmaqdır.

“ASAN Könüllülük” Məktəbi tərəfindən ASAN könüllülərinin peşəkar kadrlar kimi formalaşması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Bu məqsədlə yaradılan “ASAN Kadr” karyera mərkəzi 1100-dən çox ASAN könüllüsünün işlə təmin olunmasına bilavasitə dəstək göstərib.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + ten =

Close
Close