CƏMİYYƏTGÜNDƏM

Adil Əliyev: “Məhərrəm Əliyevin “Diqlas” Ticarət Mərkəzi ilə hər hansı bağlılığı yoxdur”

“Yenigundem”in xəbərinə görə, A.Əliyev deyib ki, Məhərrəm Əliyevin heç bir ticarət obyektinə birbaşa və dolayısı ilə bağlılığı yoxdur.

O qeyd edib ki, dayısı oğulu Nadir Əzizovun ticarət mərkəzi var, adı da “Ramal”dır: “Həmin ticarət mərkəzi Əzizovlar ailəsinə məxsusdur. Hər kəsin obyekti – istər “Diqlas”, istərsə də “Ramal” – özlərinin sağlığına qismət olsun. Bizim qürurumuz, namusumuz şərəfimizdir. Kimsə bilərəkdən yalan məlumat yayırsa, onun namusu, vicdanı və şərəfi sual altındadır”.

Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın olub, ticarət mərkəzi tamamilə yararsız hala düşüb. Bəzi mətbuat orqanlarında həmin ticarət mərkəzinin bir hissəsinin Məhərrəm Əliyevin qohumlarına məxsus olması ilə bağlı məlumatlar yayılıb.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 5 =

Close
Close