CƏMİYYƏT

“Selected People Awards 2019” mükafatının təqdim edilmə tarixi açıqlandı

“Yenigundem” xəbər verir ki, “Selected People Awards” mükafatı “A Media Group” tərəfindən təsis olunmuşdur. Təşkilat komitəsi tərəfindən təqdim olunan mükafat müxtəlif sahələr üzrə – İncəsənət Nümayəndələrinə, İdman Sahəsində Çalışanlara, İctimai Xadimlərə, İş Adamlarına, Stilistlərə, Vizajistlərə, Şirkətlərə, Butiklərə, müxtəlif sahələrdə uğur qazanmış şəxslərə təqdim olunacaq. Mükafat, 2019-cu ilin birinci rübünə əsasən Nominantlara təqdim olunacaq. Sosial şəbəkədə aparılan sorğuların və sahələrinə görə uğur qazanmış insanların adları, onlar haqqında məlumatlar toplandıqdan sonra mükafat alanların adları açıqlanacaq.

Mükafatın təsis olunmasında məqsəd hər il öz fəailiyyət sahəsində fərqlənən insanlara(şirkətlərə) sorğular nəticəsində və gördüyü işlərdə qazanmış uğurlara əsasən, onları ictimaiyyətə tanıtdırmaqla fəaliyyətini qiymətləndirməkdir.

“Selected People Awards” mükafatı bu ilin aprel ayının sonlarında Nominantlara təqdim olunacaq.

Tədbirin informasiya dəstəyi: Yenigundem.az saytıdır

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − one =

Close
Close