SOSİAL

Ağsu yolunda çökmə bu səbəbdən olub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ağsu-Xanbulaq avtomobil yolundakı çökmənin səbəblərini açıqlayıb.

Agentlikdən “Qafqazinfo”ya verilən məlumata görə, bu gün səhər saatlarında Ağsu rayonunda dağda yaranmış sürüşmə nəticəsində Ağsu-Xanbulaq avtomobil yolunun təqribən 7-ci km-də yolun hərəkət hissəsinə dağın yamac hissəsindən torpaq qatı axaraq tökülüb.

Nəticədə yol ilə hərəkət qısa müddətlik məhdudlaşıb.

Dərhal əraziyə Avtomobil Yolları Dövlət Agentliyinin texnika və canlı qüvvəsi cəlb olunaraq qısa müddət ərzində yaranmış problem aradan qaldırılıb və yol ilə hərəkət bərpa olunub.

Qeyd edək ki, ərazi aktiv sürüşmə zolağında yerləşir və torpaq uçqununa intensiv yağışlar səbəb olub.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − eight =

Close
Close