KÖŞƏ

Yüz milyonlarlasın maalesef…

Dünən, 31 mart soyqırımının anım günündə sosial şəbəkələrdə bütün əxlaq normalarından kənarda qalan, 3 qızın (xanım yazmağa dilim gəlmir) videosu yayıldı. Sözün düzü, bu videoda olan o üç qızın kimliyi məni az-çox düşündürdü. Yəni, bu üç qızı vadar edən nə oldu və nəyin qarşılığında anadangəlmə lüt oxuyub-oynadılar. Onları o evə toplayıb “məclis” düzəldənin də kimliyi videodan açıq-aydın görünür. Yəni həyətdə saxlanılan avtomobilin nömrəsinin görünməsi bütün mətləblərin üstünü açır. Bu barədə bir qədər sonra…

Dünən bir çox səhifələr yazıb paylaşmışdı ki, videoda görünən qızlardan biri nişanlı imiş. Digər birini də qardaşı axtarır. Qız isə ortalıqda yoxdur. Mənə çox maraqlıdır, qardaşı o qızı tapsa öldürəcəkmi və ya öldürsə nə dəyişəcək? Hesab edək ki, nişanlı olan qızın da nişanlısı bu videonu görməyib. Heç bu video çəkilib yayılmadı. Belə çıxır o, bu halı ilə gedib bir oğlanı bədbəxt edib, onun papağını evlilikdən qabaq və sonra belə villarda üç-beş manata satacaq? Bunlar çıxış yolu deyil. Nə qızı qardaşı öldürsün, nə də nişanlısı o videoda görünən qızı. Çıxış yolu bu videonu çəkib paylaşan şərəfsizi dövlətin lazımı qaydada cəzalandırmasıdır.

Nə qədər cəmiyyətdə bu cür iyrənc tiplər olacaqsa, biz bir o qədər millət olmaqdan uzaq olacağıq. Ona görə ki, bu tiplər Rusiya bazarlarında rusun dubinkası altında göyərti satmaqla əllərinə beş-on manat pul keçəndən sonra qudurub, öz qızı yaşında olan xanımlarla eşq-işrət yaşayıb və bu azmış kimi bundan həzz alıb videoya çəkib paylaşırsa,düşünürəm görəsən Rusiya bazarlarında kara arxasında öz həmyerlilərini aldadanda vicdanı oyanarmı bilməm…

Axı, hansı haqla biz Qarabağı geri almaq istəyirik? Qarabağ uğrunda savaş başlasa, bu cür adamlar arvad donu altında gizlənmək üçün dərhal özlərinə yer tapacaqlar. Elə müharibə illərindən sonra bu cür adamların cəmiyyətdə yer alması, don altından bir-bir çıxıb sıralırımıza qarışması da dediklərimə əyani sübutdur. Bunlardan sağımız-solumuz doludur. Nazim Hikmətin təbirincə desək:

Korkunçsun, Kardeşim.
Bir değil, beş değil,
Yüz milyonlarlasın maalesef.
Koyun gibisin kardeşim.

Savalan Talıblı

Analoq.az

 

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + ten =

Close
Close