İDMAN

Bakı Karate-do Akademiyası Çempionlar kuboku keçirilib FOTOLAR

Martın 31-də Şağan Olimpiya İdman Kompleksində Bakı Karate-do Akademiyasının təşkil etdiyi Uşaq, Yeniyetmə və Gənclər arasında “ IV Açıq Bakı Çempionlar kuboku” uğurunda çempionat keçirilib.

“Yenigundem”-ın verdiyi məlumata görə, çempionat 31 mart soyqırımında və aprel şəhidlərimizin əziz xatirəsinə həsr edilib. Vətənpərvər ruhda keçirilən çempionatın açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BKA-nın prezidenti Vüsal Abdullazadə ölkə rəgbərliyinin idmana olan diqqət və qayğısından bəhs edib, daha sonra isə bir sıra federasiya rəhbərləri və həmçinin mahnıları ilə sevilən sənətçilər Şəmistan Əlizamanlı və Musa Musayeva söz verilib.

Çempionlar kuboku uğurunda 13 filialdan, 150-dən çox reytinqli idmançı qatılıb. Çempionatın qalibləri kubok, medal və diplomlarla təltif edilib.

Qeyd edək ki, Bakı Karate-do Akademiyasının reytinqli idmançıları Rüstəmov Səid (10-11 yaş, 40 kq), İbayev İbrahim (8-9 yaş, 30 kq), Hüseynli Nihat (10-11 yaş, -30 kq) və Mirzəzadə Zaur (6-7 yaş, -23 kq) və həmçinin BKA -nın şef-instruktoru və prezidenti Vüsal Abdullazadə 08.04.2019 – 17.04.2019 tarixləri arasında Portuqaliyanın Caldas da Rainha şəhərində keçiriləcək Dünya çempionatında iştirak edəcək. İdmançılarımıza bu mötəbər dünya çempionatında uğurlar arzu edirik.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × five =

Close
Close