CƏMİYYƏT

“Diqlas”a görə bağlanan yol açıldı

Qara Qarayev prospektində ticarət mərkəzində baş verən yanğınla əlaqədar yolda hərəkətə tətbiq edilən məhdudiyyət qismən aradan qaldırılıb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, hərəkət prospektin  metronun “Neftçilər” stansiyasından “Xalqlar dostluğu” stansiyası istiqamətində olan hissəsində bərpa edilib. Hazırda nəqliyyat vasitələri prospektin bu hissəsindən ikitərəfli olmaqla istifadə edir. Məhdudiyyətlə əlaqədar alternativ küçələrə yönləndirilən müntəzəm marşrut xətləri də artıq Qara Qarayev prospektindən keçməklə hərəkət edirlər.

Bu səbəbdən də yolda sıxlığın yaranmaması və müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının tıxacda qalmaması üçün qeyd edilən istiqamətdə şəxsi nəqliyyat vasitələrindən az istifadə etmək tövsiyə edilir.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 3 =

Close
Close