SOSİAL

FHN nazirliyə məxsus binadakı yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Mədəniyyət Nazirliyinə məxsus Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin yerləşdiyi üçmərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb.

“Yenigundem”in FHN-ə istinadən məlumatına görə, nazirliyin 112 – “qaynar” telefon xəttinə saat 08:10 dəqiqədə Bakı şəhərinin Nəsimi rayonu, B. Səfəroğlu küçəsi 142 ünvanında yanğının baş verməsi barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri saat 08:15 dəqiqədə yanğın yerinə çatıb. Yanğın nəticəsində Mərkəzin yerləşdiyi, ümumi sahəsi 378 kvadratmetr olan üçmərtəbəli binanın sonuncu mərtəbəsində bir otağın 50 kvadratmetr sahəsi, digər otağın və dəhlizin tavanı 20 kvadratmetr sahədə yanıb.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four − two =

Close
Close