SİYASƏT

“İlham Əliyevlə dürüst söhbətimiz oldu” – Paşinyan

“Azərbaycan Prezidenti İlham Əliyevlə birbaşa, dürüst və konstruktiv söhbətimiz oldu”. “Qafqazinfo” “news.am” saytına istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyətinin suallarını cavablandırarkən deyib.

“Təəssüf ki, indi bizim Qarabağ münaqişəsinin nizamlanma incəlikləri və mexanizmləri barədə ümumi təsəvvürlərimiz yoxdur. Lakin səmimi müzakirə atmosferi yaratmağımızın özü artıq yaxşı haldır. Zənnimizcə, sülh gündəliyinin institusional baxımdan gücləndirilməsi üçün cavab verməli olduğumuz bir neçə sual var”.

Paşinyan növbəti dəfə qərəzli açıqlamasında Azərbaycan-Ermənistan probleminin guya, üçüncü tərəfə də aid olduğunu bildirib: “Bizim bugünkü vəzifəmiz Azərbaycanla dialoqun davam etməsinə şərait yaratmaqdır”.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 5 =

Close
Close