DÜNYA

Sudanda fövqəladə vəziyyət elan olundu

Bu gün Sudanda prezident Ömər əl-Bəşirin istefası və həbsi ilə nəticələnən hərbi çevrilişdən sonra ordu ölkədə hakimiyyəti 2 il müddətinə nəzarətə götürüb.

“Yenigundem”in “Reuters” agentliyinə istinadən xəbərinə görə, bu barədə müdafiə naziri Əvad bin Auf televiziya vasitəsilə xalqa müraciətində bildirib.

Nazirin sözlərinə görə, keçid dövrünün sonunda ölkədə seçkilər keçiriləcək.

O, həmçinin bildirib ki, Sudanda 3 ay müddətinə fövqəladə vəziyyət elan olunub.

Bundan başqa, Sudanın hava sahəsi 24 saat ərzində bağlı olacaq. Eyni zamanda, ölkədə 1 ay müddətinə komendant saat rejimi (saat 22:00-dan 04:00-a qədər) tətbiq edilib.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × one =

Close
Close