CƏMİYYƏTGÜNDƏM

99 YP 374 qeydiyyat nişanlı DYP əməkdaşı 90 saniyədə qaydaları 3 dəfə pozdu (VİDEO)

İCMAL.az xəbər verir ki, 13.04.2019 tarixində 17:34-17:36 radələrində Babək prospektində ardıcıl 3 kobud qayda pozan DYP əməkdaşının videosu vətəndaşlardan biri tərəfindən saytımıza göndərilib. Belə ki, 99 YP 374 dövlət qeydiyyat nişanlı xidməti avtomobildə xidmət aparan DYP əməkdaşı əvvəlcə svetoforun qırmızı işığında hərəkəti davam etdirir. Daha sonra ən sol zolaqdan sağ zolağa yerdəyişmə edərkən 1.1 xəttinin tələbini pozur. Bununla da kifayətlənməyib zolaqlar üzrə hərəkət nişanının tələbini pozaraq yerdəyişmə etdiyi zolaqdan geriyə dönmə edir. Bütün bunları edərkən də səs siqnalından və sayrışan işıqlardan istifadə etmir. Qanunun keşiyində durmalı olan şəxsin qanuna belə etinasız yanaşması əlbəttə ki, xoşagələn hal deyil.
Görüntünü təqdim edirik.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − four =

Close
Close