KRİMİNAL

Gəncə sakininin evindən 1 kq-dan çox marixuana tapılıb

Gəncə şəhərinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş N.Mirbağırov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, şəxsi axtarış zamanı onda narkotik vasitə olan marixuana aşkarlanıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən və həyətyanı sahəsində torpağa basdırılmış 1 kiloqram 350 qrama yaxın marixuana götürülüb.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + one =

Close
Close