CƏMİYYƏT

“Kamikadze1”-in müəllifinə qarşı təxribatlar var

 “Mənfur düşmənimiz olan ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlar, xüsusən də Bağanıs Ayrımda 1990-cı ildə dinc əhaliyə qarşı qırğın edərək, insanları diri-diri ot tayalarına təpib yandırmaları, kəndləri viran qoymaları və digər məsələlər haqqında uzun illər araşdırma aparıb yazdığım “Kamikadze1” sənədli romanım işıq üzü görüb ictimaiyyətə təqdim edildikdən sonra bəzi xoşagəlməz hadisələrlə qarşılaşmışam”.

 

Bunu “Yenigundem”-e açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin üzvü Tural İrfan bildirib.

T.İrfanın sözlərinə görə, naməlum şəxslər tərəfindən onun elektron poçt ünvanlarına, “Facebook” səhifə və profilinə hücumlar, müdaxilələr olunur:

 

“Hətta kitab haqqında məlumatları yayınlayan saytlara qarşı kiber hücumlar edilərək, texniki problemlər yaradılır. Son günlərdə isə Talk Tv internet kanalının uzun illərdir fəaliyyət göstərən yayım səhifəsinə müdaxilə edilərək ciddi problem yaradılıb. Heç şübhəsiz ki, bu hücumlar ermənilər, onlara yaxın olan digər qüvvələrin səyləri nəticəsində meydana çıxır.

Ümidvaram ki, aidiyyatı qurumlar bu kimi xoşagəlməz olaylara və müdaxilələrə qarşı nəzarəti gücləndirəcək, şəxsi təhlükəsizliyimlə yanaşı qeyd olunan şəbəkə və televiziyaların da fəaliyyətinə qarşı yönəlmiş süni təsirlərin qabağını alacaqlar”.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − 3 =

Close
Close