SOSİAL

Bu marşrut xəttinin hərəkət sxemi dəyişdi

Balaxanı Sənaye Parkı istiqamətində yaşayan sakinlərin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınaraq, 216 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. 

Agentlikdən “Yenigundem”e daxil olan məlumata görə, marşrut xəttinin son dayanacaq məntəqəsi dəyişdirilib. Sabahdan etibarən 216 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Balaxanı Sənaye Parkınadək hərəkət edəcəklər.

Bununla da Balaxanı Sənaye Parkı istiqamətində yaşayan sakinlərin və həmin ərazidə çalışan vətəndaşların ictimai nəqliyyatdan rahat və təhlükəsiz istifadəsi təmin ediləcək.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 3 =

Close
Close