SOSİAL

“Dünyanın ən xoşbəxtisən, sənin Mahir kimi oğlun var”

Müğənni Aysel Əlizadə prodüser Anar Mədətovun boşandığı həyat yoldaşı Elnurə Mədətova ilə bağlı paylaşım edib. 
Elnurənin fotosunu paylaşan ifaçı ona dəstək olub. Aysel yazdığı sözlərlə Anarın hərəkətini qınayıb:
“Əkizim, gözəl ana, gözəlqəlblim… Sən güclüsən. Bizə bu olanlar “vız” gəlir. Çünki “bizi itirənlər üzülsün” sinfindənik. Səni çox sevirik. Canım, mən hər zaman səninləyəm. Sən dünyanın ən xoşbəxtisən. Sənin Mahir kimi oğlun var”.
Qeyd edək ki, Anar rəsmi boşanma olmadan toy hazırlığına başlayıb. O, Samirə adlı vizajist xanımla ailə qurmağa hazırlaşır. Cütlüyün xına mərasimi də olub. Anarın Elnurə ilə evlilikdən iki övladı var. Onların oğlu Mahir Mədətov “Qarabağ” futbol klubunun oyunçusudur.
///Axşam.az

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 3 =

Close
Close