GÜNDƏM

” Brand Of Azerbaijan Awards – 2019 ” mükafatının sorğuları sona çatır

www.sizinsayt.az xəbər verir ki, “Brand Of Azerbaijan Awards” “Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyasiyası”nın təşkilatçılığı ilə təsis olunub.

Təşkilat komitəsində müxtəlif sahələrdə fəaliyyət göstərən qrumların da olduğu bildirilir. Belə ki, komitədə “Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası”, “Show Magazine” Jurnalı, “Turizm Xəbərləri” Qəzeti, “Tonika Group” “Show Production” və s. təmsil olunduğu qeyd olunmuşdu.

Məlumat üçün qeyd edək ki, mükafatın təsis olunmasında məqsəd hər il öz fəaliyyət sahəsində fərqlənən Siyasətçiləri, Millət Vəkillərini, İcra Hakimiyyətlərini, Nazirlikləri və digər Dövlət Qrumlarını, KİV nümayəndələrini, Holdinq və Şirkətləri, İş Adamlarını, Təhsil və Səhiyyə ocaqlarını, Mədəniyyət və incəsənət nümayəndələrini və s. sorğu və monitorinqlər nəticəsində müəyyən etmək və onları ictimaiyyətə tanıtdırmaqla fəaliyyətlərini qiymətləndirməkdir. Eyni zamanda, onlara “Brand Of Azerbaijan Awards” Mükafatını təqdim etməklə gələcəkdə bu istiqamətdə əməli fəaliyyətlərini daha da stimullaşdırmaq və onların hər zaman ictimaiyyətin diqqət mərkəzində olmasını təmin etməkdir.

Qeyd edək ki, bu ilki mükafatlandırma tədbiri May ayının 25’i Respublika günü ərəfəsində, şəhərimizin mötəbər məkanlarından olan “Pullman Hotel”də təşkil olunacaq.

Bir çox fəaliyyət sahəsi üzrə Aprel ayının 1’indən başlanmış sorğular artıq sona yaxınlaşir. Hesablanmalar bitmək üzrədir.
Təşkilat komitəsindən verilən məlumatlara əsasən yaxın günlərdə (@brandofazerbaijanawards) sosial hesablarında və kütləvi informasiya vasitələrində qaliblərin şəkil və məlumatlarını əks etdirən məlumatlar paylaşılacaq.

Sözü gedən tədbirin informasiya dəstəyi www.sizinsayt.az saytıdır.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − nine =

Close
Close