İQTİSADİYYAT

Dənizkənarı Milli Parkda “Organic Food Festival” təşkil ediləcək

Azərbaycan Sahibkarlar Konfederasiyasının təşəbbüsü ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Ticarət Şirkətinin dəstəyilə, Proaktiv şirkətinin təşkilatçılığı ilə 21-23 iyun tarixində ölkəmizdə ilk dəfə olaraq Dənizkənarı Milli Parkda Organic Food Festival keçiriləcək.

“Yenigundem” xəbər verir ki,Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədovanın sözlərinə görə, “Staretji Yol Xəritələri”ndə ekoloji təmiz xalq təsərrüfatı məhsulalrının istehsal olunması və istehskaçılara matdırılması mühüm hədəflərdən biridir. Bu istiqamətdə Aqrar Ticarət Şitrkəti sahibkarları maarifləndirir və organik məhsulların istehalına təşviq edir. Leyla Məmmədova bildirib ki, orqanik məhsulun yetişdirilməsi çox çətindir, çünki bu məhsullar kimyəvi məhsul və qatqılardan istifadə etmədən təbii üsulla yetişdirilir. Burada ilk növbədə 3 il əkilməyən ərazidən istifadə olunmalı, hətta o ərazinin ətraf bölgələri də yoxlanılmalıdır”, – deyən L.Məmmədova əlavə edib ki, yaxın zamanlarda ölkədə 7 yaşıl market açılacaq. O, ekoloji təmiz məhsul yetişdirən sahibkarların məhsullarını satmaq üçün bazar tapmaqda dəstək verildiyini vurğulayıb.

ASK-nın Sahibkarlarla İş və Kommunikasiya Şöbəsninin müdir müavini İlhamə Abdullayeva qeyd edib ki, Azərbaycanın milli istehsalında qida sektorunun xüsusi payı var və bu pay hər il artır. “Qida sektorunda çalışan güclü yerli şirkətlərimiz xarici tərəfdaşları ilə bazarda ciddi rəqabət aparırlar. Hesab edirik ki, bu festival bir paltforma kimi həm də keyfiyyətli qida brendlərimizin tanınmağına xidmət edəcək”, deyə bildirib.

Proaktiv şirkətinin direktoru Şahanə Sarı çıxışında dövlətimizin yürütdüyü uğurlu iqtisadi siyasətin davamı olaraq təşkil olunacaq festivalda “Made in Azerbaijan” brendinin təşviqini hədəfləməklə yanaşı, ölkəmizdə satışı həyata keçirilən ekoloji sağlam beynəlxalq qida və içki markalarının mövcud və potensial istehlakçı auditoriyası ilə birbaşa əlaqə quracağını söyləyib.
O, açıq havada qurulan əyləncəli festivalda həmçinin qida sənayesi üzrə yerli və beynəlxalq avadanlıqlar, qida və qida mədəniyyəti ilə bağlı müxtəlif məhsul və xidmətlər nümayiş etdiriləcəyini bildirib: “Şəhərimizin sakinlərinin yay aylarında ən sevimli istirahət məkanı olan Dənizkənarı Milli Parkda müxtəlif maraqlı müsabiqələr, master klasslar, musiqi proqramları, sevimli markalardan yüzlərlə hədiyyələr, yeni markaların məhsul və xidmətləri ilə daha yaxından və səmimi ortamda tanış olmaq imkanı bu yayı unudulmaz edəcək”.
Qeyd edək ki, layihədə 40-dan artıq yerli və beynəlxalq markanın, 5000-dən artıq ziyarətçinin iştirakı gözlənilir.
Daha ətraflı məlumat və stend rezervasiyası üçün:www.foodfestival.az
Tel.: +994 55 776 11 10
Email:ckarimov@ask.org.az

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 4 =

Close
Close