MƏDƏNİYYƏT

“Maddi dünya uğur deyil, həyatda ən vacib olan…” – Leyla Əliyeva

“Gənclər və mədəniyyətlərarası liderlik platforması sülh şəraitində yaşamağı daim təbliğ edir. Dünyanın bir çox ölkələrindən hamının məhz belə dünyamızı daha yaxşı etmək üçün görülən təşəbbüslər təqdirəlayiqdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyeva V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “gənclər sülh naminə: şiddətli ekstrimizmə qarşı əks qüvvənin formalaşdırılması – BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə müzakirə” adlı plenar sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mədəni fərqliliklər, müxtəliflər anlaşılma sayəsində hamımızın bəşəri dəyərlərlə bir araya gəlməyimizə səbəb olur: “Gənclərin özlərinin çoxsaylı şəbəkələrin yaradılması, bütün mümkün sərhədləri keçmək kimi bacarıq qabiliyyətləri var. Sülh və harmoniya uğrunda mübarizəyə gənclər bəzən ideolist, romantiklər kimi baxır. Amma bu, çox tənqidi yanaşmadır. Gənclərin dialoqa olan yaxınlığı hamımızın sülhə və çiçəklənməyə gətirib çıxaracağı məqamdır”.

Leyla Əliyeva qeyd edib ki, təhsil sadəcə bilik, məlumat və bacarıqları peşəkar inkişaf üçün mənsimsəməklə tükənmir: “Mənəvi təhsilin əldə olunması da vacibdir. Ailələr mühüm müəssisədir. Gənclərin sülhpərvər dünyada yaranmasında, dəyərlərin aşılanmasında, əməkdaşlıq və bütün bəşəriyyət üçün rəğbət və hörmətin səslənməsi üçün ümdə ünsürdür. Bu özü də boşluq və vakuum əfsuslar olsun ki, nifrət, qəzəb, zorakılıqla doldurulur. Eyni zamanda gəncləri müvafiq, doğru-düzgün təlim və tədrislə maarifləndirmək onların tam potensialının reallaşdırılması üçün çox vacib məqamdır. Çünki bu, gənc insanların tez öyrənmək və eləcə də tonlarla məlumat əldə etməyi üçün mühüm məsələdir. Onlar bizim ekologiya, ətraf-mühitin mühafizə olunmasında çox məlumatlıdırlar”.

Vitse- prezident əlavə edib ki, gənclərin üzərinə həddindən artıq təzyiq qoyulmamalıdır: “Bəzən intellektual gənclər belə tam xoşbəxt deyillər. Biz gənclərə dəstək göstərərək daha yaxşı dünyanı yaratmağa nail olmalıyıq. Bunlar da gözəl bəşəriyyətdən zövq alıb ahəngdar dünyada yaşasınlar.

Bütün gənclərimiz inkişaf ünün lazımi şərait əldə etsinlər. Günümüzün gənclərinin ideyaları, innovasiyaları bizim gələcək planetimizi büsbütün dəyişib. Amma 617 milyona yaxın gənc hələ də riyazi bacarıqlı biliklərdən əfsus ki, məhrum olublar. Gənclər inkişafın təcəssümüdür. Hər bir nəslin gələcəyi əvvəlkilərdən daha qabacıl, humanitar, tolerant, açıq təfəkkürlüdür. Bu da tarixin təbii təkamülüdür. Gəlin, gənclərin öz enerjilərini qlobal problemlərin həllinə yönəldək, hamılıqla onlara dəstək göstərək. Vaxt həyatımızın ən mühüm resursudur. Gəlin onu israf etməyək. Sözlər həllərlə daima müşayiət olunmalıdır. Unudulmayacaq bir məqam varsa, o da bizim hissiyatımızdır. Bu da hər bir insana verilib. Hər bir insan mühüm fərqə səbəb ola bilər, dayanıqlı, davamlı cəmiyyətin formalaşmasına səbəb ola bilər.

Beləliklə də, onların bəşəriyyətə olan baxışını müsbət mənada dəyişə bilər. Əziz dostlar, uşaqlar özləri birbaşa xeyirxah əməlləri etməyə meyillilidirlər. Maddi dünya heç də uğur, müvəfəqiyyət demək deyil. Həyatda ən vacib olan insanların təbəssümü, sağlamlığı, birliyi və bir-birimizi anlamaqdır. Təmənnasız şəkildə uşaqlara dəstək olmaq- hamınıza bunu diləyirəm”.





Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 5 =

Close
Close