İQTİSADİYYATMANŞET

Prezident süni qiymət artımını tənqid etdi, xurmanın qiymətini qaldırdılar

Azərbaycanda xurmanın artımında kəskin bahalaşma baş verib.

“Yenigundem”  xəbər verir ki, son günlərə qədər 1.6 manata satılan xurmanın qiyməti hazırda 2.8 manatdır. Qiymət artımı heç də təbii deyil, Ramazan ayı ilə bağlı olaraq süni olaraq qaldırılıb.

İranın məşhur “Piyarəm”, “Məzafəti” və “Zahidi” xurmalarının qiymətində isə 3 manata qədər artım var.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev may ayının əvvəlində Nazirlər Kabinetinin iclasında süni qiymət artımı ilə bağlı məsələyə toxunub: “Ölkəmizdə makroiqtisadi vəziyyət sabitdir. Mən qeyd etdim, inflyasiya aşağı səviyyədədir – 2 faizdən bir qədər çoxdur. Manatın məzənnəsi sabitdir. Belə olan halda, əlbəttə ki, süni qiymət artımına yol vermək qətiyyən olmaz.

Bəzi hallarda qiymətlər süni şəkildə artırılır. İndi ölkə iqtisadiyyatında canlanma var. İnsanların alıcılıq qabiliyyəti artır. Biz bunu indi statistik göstəricilərdən görürük. İndi istehlak bazarına nəzarət edən qurumlar bunu görür. Maaşlar, müavinətlər artır, problemli kreditlərlə bağlı ödənişlər başlamışdır. Ancaq biz imkan verə bilmərik ki, bundan hansısa natəmiz adamlar, möhtəkirlər istifadə etsinlər, qiymətləri süni şəkildə qaldırsınlar, yaxud da ki, hansısa bir inhisarçılıqla məşğul olsunlar. Ona görə istehlak qiymətlərinə daim nəzarət olmalıdır. Süni qiymət artımına qətiyyən yol verilməməlidir. Müvafiq qurumlar bu işlərlə çox ciddi məşğul olmalıdırlar”.
Bəlli olur ki, xurma idxalı ilə məşğul olan sahibkarlar prezidentin xəbərdarlığından nəinki doğru nəticə çıxarmayıblar, əksinə tapşırığa zidd olaraq xurmanın qiymətini təxminən iki dəfəyə qədər artırıblar.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 1 =

Close
Close