GÜNDƏM

Şəhid bacısı tikinti şirkətinin özbaşnalığından Mehriban Əliyevaya müraciət etdi

        Hörmətli
Mehriban xanım Əliyeva!
Bu məktubu Sizə – ölkənin birinci xanımına yazmaq üçün əvvəlcə xeyli tərəddüd keçirdim. Bəlkə, problem düzələr deyə fərdi işimlə bağlı vaxtınızı almaq istəmirdim. Yalnız əlim hər yerdən üzüləndən sonra bütün tərəddüdlərimi bir kənara qoyub, yazmaq qərarına gəldim.

 

Siz hər bir ölkə vətəndsaşının probleminə diqqətlə yanaşdığınızdan inanrıam ki, mənim də məktubumu cavabsız qoymayacaqsınız.

Mən 2007-ci ildə üçotaqlı mənzil almaq üçün qabaqcadan ödəniş edərək, “Fərid-İnşaat” MMC ilə müqavilə bağlamışam. Müqavilənin şərtinə görə, bir ildən sonra mənzillə təmin edilməliydim.

Lakin tikinti şirkəti özünün müqavilədən irəli gələn öhdəliyini yerinə yetirmək əvəzinə, dələduzluqla məşğul olan bəzi adamlarla birləşərək məni aldatdı. Bu məsələ ilə bağlı 2010-cu ildən hüquq-mühafizə orqanlarına müraciət etsəm də, heç bir nəticə hasil olmadı.

Çarəsiz qalıb, 2013-cü ildən məhkəmələrə üz tutdum – Yasamal Rayon Məhkəməsi, Apellyasiya Məhkəməsi, Ali Məhkəmə, Konstitusiya Məhkəməsində oldum. Amma bu məhkəmələrdə də gördüyüm süründürməçilik, qanunsuzluq, özbaşınalıq, ədalətsizlik oldu.

Haqlı olduğum halda Ali Məhkəmədəki bəzi hakimlər heç bir sübuta əsaslanmadan, qanuni qüvvəyə minmiş qərarlara istinad etmədən, ancaq Həsənov Fərid İzafət oğlu və Məmmədov Natiq Sədrəddin oğlu imi saxtakar vəkillərin məntiqi izahını əsas tutaraq hüquqlarımı pozdular.

Mənə deyirlər ki, Avropa məhkəməsinə müraciət edim. Amma mən bu addımı öz vətəndaşlıq qüruruma sığışdırmadığımdan Sizə üz tuturam. İndi göydə Allah, yerdə Sizdən başqa mənim üçün heç bir ali instansiya yoxdur.

Bir ana kimi öz kömək əlinizi mənə uzadacağınıza ümidliyəm. İnanıram ki, yegabə qardaşı könlüllü olaraq Qarabağ cəbhəsinə gedən və iyirmi yeddi yaşında qəhrəmancasına şəhid olan bir bacının evsiz-eşiksiz qalmasına, küçələrə düşməsinə yol verməyəcəksiniz.

Dərin hörmətlə
Baxşalıyeva Şəhla Müzəffər qızı
5.05. 2019

Analoq.az

 

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + 3 =

Close
Close