MƏDƏNİYYƏT

Bakıdakı tarixi bina sökülür? – Eldar Əzizov həmin məkanda+Fotolar

Bakı şəhəri, Süleyman Rüstəm 10 ünvanında yerləşən tarixi binanın sökülmək təhlükəsi var. 

“Yenigundem” xəbər verir ki, bunu “Salaam Cinema Baku” kinoteatrını məhz burada kirayələyən şəxslər iddia edirlər. Onlar bir müddətdir ki, burada kino nümayişləri, sərgilər və təlimlər keçirilir, müzakirələr aparılır. Təşəbbüskarların sözlərinə görə, dünən binanın əsl sahibi məkana baş çəkib və binanı tərk etmələrini tapşırıb. O bildirib ki, binanın sökülməsi üçün sənədləri var. Qeyd edilib ki, bina rekonstruksiya işləri üçün bağlanacaq.

Amma məkanın dağıdılmaması üçün kinoteatr üzvləri və ictimai fəallar binadan çıxmaq istəmir.

Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı Nizami Mayılov isə binanın sökülməyəcəyini və araşdırmalardan sonra qərar veriləcəyini bildirib: “Əgər bina tarixi əhəmiyyət kəsb edirsə, heç bir dağıntı işi aparılmayacaq. Qapısı möhürlənəcək və araşdırma işlərinə başlanılacaq”.

Bakı Şəhər İcra başçısı Eldar Əzizov da binaya baş çəkib və vəziyyətlə maraqlanıb.

Qeyd edək ki, bina 1913-cü ildə, əslən malakanlardan olan Skobelyevin təşəbbüsü ilə malakan dua evi kimi inşa edilib. Məqsədi bütün malakanları bir məkanda birləşdirmək olub.

Günel Hacı






 

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 1 =

Close
Close