SOSİAL

ASAN Könüllüləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini anırlar

“ASAN xidmət” və ASAN Könüllüləri ulu öndərin siyasi kursunun, azərbaycançılıq və dövlətçilik ideologiyasının təbliğ olunması, həmçinin region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinin təşviqi məqsədilə silsilə tədbirləri davam etdirirlər.

Agentlikdən “Yenigundem”-e bildirilib ki, bu istiqamətdə 2019-cu il mayın 1-dən etibarən görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə regionlarda yerləşən Heydər Əliyev mərkəzlərində müxtəlif tədbirlər reallaşdırılır.
Tədbirlər çərçivəsində “ASAN xidmət” mərkəzlərinin könüllülərinin iştirakı ilə “Xəmsə” və “Nə, Harada, Nə zaman?” intellektual oyunları, idman yarışları, təlim, görüşlər və ekskursiyalar təşkil olunur.
Həmçinin ulu öndər Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyətinə həsr olunmuş təqdimatlar keçirilir.
Layihə çərçivəsində Azərbaycan Respublikasının regionlarında davamlı olaraq tədbir, təlim, kurs, seminar və digər görüşlərin keçirilməsi nəzərdə tutulur.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + 7 =

Close
Close