CƏMİYYƏT

Gəncə Dövlət Universitetində sürətli inkişaf kimləri narahat edir?

Təhsilimizdə son günlər qazanılan uğurlar əlbətdə ki, bu sahəyə yönələn diqqət və qayğının bariz nümünəsidir. Ali təhsil ocağlarında keçirilən “Açıq Qapı” günü bir daha qeyd etdiklərimizi  isbatlayır və təhsilimizdə şəffavlığın yüksək səviyyədə olduğuna işarədir. Belə universitetlərdən biri Gəncə Dövlət Universitetidir ki, “Açıq Qapı” günü jurnalistlər və valideyinlər dəvət edilir. Eyni zamanda valideynlər  tələbələrin şikayətlərini, suallardan narazılıqlarını araşdırmaq üçün yaradılmış “Apelyasiya komissiyası”nın, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qaynar xətt” xidməti ilə əlaqə yaratmaq və imtahanlar zamanı baş vermiş neqativ hallar haqqında operativ məlumat ötürmək məqsədinə xidmət edən  “İmtahan qərargahı”nın fəaliyyəti  ilə yaxından tanış edilir. Bir sözlə, univerisitetdə tələbələrin və valideyinlərin təhsilimizə göztərilən qayğıdan razılığ hissi nəzərimizdən yayınmadı.

DSC_1512Bütün bunlara baxmayaraq sözügedən universitet haqqında məlumatı olmayan bəzi  KİV-nin nümayindələri (əgər demək olarsa)böhtan xarakterli məlumatlar yayımlayır. Əslində, bu cür neqativ informasiyaların yayılması qərəzli və məqsədli olduğunu universitet tələbələri və müəllim kollektivinə gün kimi aydındır. Onuda nəzərinizə çatdıraq ki, əgər hər hansı bir neqativ hal qeydə alınacaqsa dərhal rəhbərliyə məlumat verilir və həmən neqativ hala şərait yaradan müəllimə rəhbərlik tərəfindən ölçü götürülür. Yəni, universitet haqqında şər və böhtan xarakterli məlumatlar kollektiv tərəfindən gülünclə qarşılanır. Tam səmimi etiraf etmək lazımdır ki, bu gün Gəncə Dövlət Universiteti ölkədə ən qabağcıl universitetlərdən biridir. Əlbətdə ki, təqdirəlayiq və eyni zamanfa təhsilimizin inkişafında müstəsna xidmətləri olan Gəncə Dövlət Universitetin rektoru, Kimya elmləri doktoru, professor Yusif  Yusibovun xifmətləri danılmazdır. Məhz çox hörmətli rektora göstərilən etimad sözünhəqiqi mənasında təhsilimizə bir növ təkan kimi qiymətləndirildi. Bütün bunları görməmək ən azından insani baxımından olduqca böyük nöqsandır. Əfsüslər olsun ki, bəzi saytlar ötən illərdə GDU haqqında böhtan xarakterli məlumatları yeniləməklə, güya “şok məlumatlar” əldə etdikləri və mövzünü diqqətdə saxlayacaqları barədə tənqidi məqalələr yayımlayır. Elə gütürək bu günlərdə ““Var-dövlət” universitetinə çevrilən Gəncə Dövlət Universiteti” başlıqlı məqaləni. Sözün həqiqi mənasında kimin və nəyin necə olduğunu, rəqəmlərin hardan əldə etdikləri barədə bir cümlə belə dəqiq məlumat verilmədiyinin şahidi oluruq. Güya, universitetdə aparılan araşdırmalar aşağıdakı faktları üzə çıxarıb. 2014-cü ildə universitet üzrə 13 tenderin ümumi qiyməti 1 016 915 manat olub – əvvəlki ildən 5,77 dəfə çox. 625 514 manat təmir, 90 977 manat abadlıq, 76 700 manat avadanlıq, 74 680 manat inventar, 44 850 manat mətbəə, 41 791 manat dəftərxana, 37 900 manat nəqliyyat vasitəsinin alınması, 24 503 manat da “sair xərclər” aparıb. Əvvəlki illər universitetin heç bir tenderini qazanmayan, dolayısıyla yüksək çinli məmurlardan birinə aid olduğu deyilən “İnstal-Servis” MMC əsaslı təmir işlərini 527 049 manata aparıb. 2015-ci ilin 6 ayı üzrə GDU-da ümumi dəyəri 1 882 199 manat olan 15 satınalmaya dair məlumat var. Bu da əvvəli rektorun xərclədiyindən 10,68 dəfə çoxdur. Əvvəlki illərdə təkrar-təkrar təmir aparılmasına baxmayaraq, bu dəfə də 1 421 294 manatlıq təmir işi “İlqar-MR” MMC-yə həvalə olunub. Bu firmanın da adı şübhəli tender qaliblərinin siyahısındadır. Keçən il üç dəfə, ümumilikdə 1 517 179 manat dəyərində təmir aparılıb, 25 min manata da layihə-smeta işləri görülüb. 68 217 manat inventar, 48 156 manat avadanlıq, 48 729 abadlıq, 34 652 manat dəftərxana və təsərrüfat malları, 23 000 manat mətbəə, 17 000 manat nəqliyyat vasitəsinə sərf olunub, dörd dəfə də “digər xərclər” altında 100 266 manat istifadə edilib. Necə deyərlər, “çevir tati vur tati”…

Görünür, saytların yazdıqlarına inansaq Təhsil Nazirliyi və Maliyyə Nazirliyinin “mənimsənilən dövlət vəsaitlərdən” heç bir məlumatları olmayıb. Lakin öz yazdıqlarına şübhə ilə yanaşan bəzi saytlar böyük bir korrupsiyaya yol verilmiş faktin  üstünü açıblar.  Atalarımızın müdrik kəlamını bir daha xatırlatmaq yerinə düşər, “Yalan ayaq açar, amma yeriməz” …

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + 7 =

Close
Close