SOSİAL

“ASAN Könüllüləri” ulu öndər Heydər Əliyevə həsr olunan tədbirləri davam etdirirlər

“ASAN xidmət” və “ASAN Könüllüləri” Ulu Öndərin siyasi kursunun,azərbaycançılıq və dövlətçilik ideologiyasının təbliğ olunması, həmçinin region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinin təşviqi məqsədilə silsilə tədbirləri davam etdirirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “Yenigundem”-e verilən məlumata görə, görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən bu tədbirlər regionlarda yerləşən Heydər Əliyev mərkəzlərində mayın 1-dən etibarən başlayıb.
Tədbirlər zamanı “ASAN xidmət” mərkəzlərinin əməkdaşları arasında “Heydər Əliyev irsi” mövzusunda intellektual yarışma təşkil olunub, veloyürüş keçirilib, Ulu Öndərə həsr olunan müxtəlif kompozisiyalar nümayiş etdirilib, şerlər və musiqi parçaları səsləndirilib. Həmçinin ulu öndər Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyətinə həsr olunan sənədli filmlərin nümayişi gerçəkləşdirilib.
Respublikamızın regionlarında davamlı olaraq bu mövzuda tədbir, təlim, kurs, seminar və digər görüşlərin keçirilməsi nəzərdə tutulur.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 11 =

Close
Close