Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
SİYASƏT

QHT nümayəndələri Keşikçidağda

Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi son vaxtlar Gürcüstanla mübahisə predmetinə çevrilmiş Keşikçidağ qoruğu ərazisinə səfər edib.

“Yenigundem” xəbər verir ki, “Hilal” təşkilatının sədri Arzuman Abdulkərimovun təşəbbüsü ilə həyata keçirilən səfərdə məqsəd Azərbaycan dövlətinə, dövlətçiliyə dəstək nümayiş etdirmək, Gürcüstanla Azərbaycan arasında ziddiyət, problem yaratmaq istəyən qüvvələrə etiraz ifadə etmək olub.

Azərbaycan bayrağını Keşikçidağ qoruğu ərazisində dalğalandıran tədbir iştirakçıları Tbilisi ilə Bakı arasında problem yaratmaq istəyən qüvvələrin diqqətinə çatdırıblar ki, belə bir niyyətə düşənlərin planları baş tutmayacaq.

Bildirilib ki, Gürcüstanla Azərbaycan arasında ziddiyyət yaratmaq istəyən qüvvələr, sabiq müdafiə naziri İrakli Okuraşvili və Liberal Partiyasının sədri Şalva Natelaşvili Gürcüstanın siyasi cameəsi, eləcə də cəmiyyətində ciddi fiqur kimi qəbul edilmirlər.

Vətəndaş cəmiyyəti nümayəndələri bəyan ediblər ki, Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, heç bir qüvvə Azərbaycanın sərhədlərini poza, ölkəmizə qarşı ərazi iddiasında çıxış edə bilməz. Belə olan halda vətəndaş cəmiyyəti nümayəndələri dövlətçiliyin, dövlət başçısının, Ali Baş Komandanın yanında yer alacaqlar.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × four =

Close
Close