GÜNDƏM

Milli Qəhrəmanın müalicəsi Prezidentin nəzarətindədir

Ötən gün, 16 may 2019-cu il tarixdə, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin ətrafında sıx birləşən Azərbaycanın şəhid Milli Qəhrəman ailələrinin və sağ Milli Qəhrəmanlarımızın iştirakı ilə, Beynəlxalq Mətbuat Mərkəsində mətbuat komfransı keçirildi.
Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı məlumat verərək bildirdi ki, Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərərək, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Quliyev Zabit Adil oğlu, Ukraina respublikasının Kiyev şəhərinə gedərək orda keçirilən tədbirlərdə iştirak etmişdir.
09 may 2019-cu il tarixdə saat 19-00 radələrində Kiyev şəhərindən mənə qəfl zəng gələrək, Zabit Quliyev gözlənilmədən insult keçirtdiyi üçün skoroya aparıldığı məlumatı verilmişdir. Mən təcili olaraq ailəsi ilə əlaqə saxlayaraq Zabit Quliyevin qardaşını, həyat yoldaşını və Milli Qəhrəman Mirzə Quliyevi gecəynən Kiyev şəhərinə yola saldıq.
Zabit Quliyevin səhəti barədə məlumat örgənmək məqsədi ilə 10 may 2019-cu il tarixdə yoldaşı ilə əlaqə saxladıqda, Zabitin vəziyyətinin pisləşdiyini, təcili yardım məntəqəsində sadəcə sistemlərin vurulduğunu, təcili yardım məntəqəsində palata olmadığı üçün kalidorda yatırdıqlarını, Kiyevdə qane edici həkimin olmadığını, belə davam edərsə Zabitin vəziyyəti daha da ağırlaşacağını və ümumiyyətlə yad ölkədə baxımsız və çarəsiz vəziyyətdə olduqlarını bildirərək məndən köməklik etməymi xahiş etmişdir.
Elə əmin gün mən dərhal 10 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına, Birinci vitse-prezident Mehriban Xanım Əliyevaya, Milli Məclisin sədri Oktay Əsədova, Baş Nazir Novruz Məmmədova və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə Milli Qəhrəmanımız Zabit Quliyevin səhətinin olduqca ağır olduğu barədə məlumat verərək köməklik göstərilməsi barədə müraciət ünvanladıq.
Elə həmin günü Zabit Quliyevin səhəti barədə bilən Rusiya Azərbaycanlıları İttifaqının və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun Prezidenti dəyərli dostum Fizuli Məmmədovla əlaqə saxlayaraq bu barədə məlumat verdikdə istənilən ölkəyə apararaq müalicəsini tam üzərinə götürdüyünü bildirdi.
11 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına ünvanladığımız müraciətimizə əsasən, möhtərəm Prezident, Zabit Quliyevilə əlaqədar birbaşa ciddi tapşırıqlar verərək onun müalicəsi nəzarətə götürmüşdür. Möhtərəm Prezidentimizin bu tapşırığı əsasında Azərbaycanın Ukrainadakı Fövqaladə və Səlahiyyətli Səfiri Azər Xudiyev dərhal Zabit Quliyevin yatdığı xəstəxanaya gedərək onun səhəti ilə matraqlanaraq dərhal Kiyev şəhərində özəl kilinikaya köçürdərək yüksək müalicələrin aparılması məqsədi ilə təxirə salınmaz tədbirlər həyata keçirtmişdir.
Mətbuat komfransı Zabit Quliyevlə və Azərbaycanın Ukraina respublikasındakı Səfiri Azər müəllim Xudiyevlə canlı bağlantı yaradılaraq, Zabit Quliyevin səhəti barədə məlumatlar əldə olunmuşdur. Möhtərəm Prezidentimizin müvafiq tapşırığı və bu tapşırıqlara əsasən, Azərbaycanın Ukrainadakı Səfiri Azər Xudiyev tərəfindən Milli Qəhrəmanımız Zabit Quliyevə qarşı göstərilən münasibətlər 198 şəhid Milli Qəhrəman ailələrində və 17 Sağ Milli Qəhrəmanlarımızla yanaşı bütün Zabit sevərləri sevindirdirmişdir.
Tədbirin sonunda, Azərbaycanın şəhid Milli Qəhrəman ailələrinin və sağ Milli Qəhrəmanlarımız Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən Milli Qəhrəmanımızın müalicəsi barədə verdiyi müvafiq tapşırıqlar verərək nəzarətinə götürdüyünə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycanın Ukrainadakı Fövqaladə və Səlahiyyətli Səfiri Azər Xudiyevə və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun Prezidenti Fizuli Məmmədova minnətdarlıq bildirildi.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + fourteen =

Close
Close