Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
GÜNDƏMHADİSƏ

Daxili İşlər Nazirliyi vəkilə təzyiq olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) Vəkillər Kollegiyasının üzvü Orxan Kərgərlinin Binəqədi rayonu 4-cü polis şöbəsində döyülməsi haqqında iddialara münasibət bildirib.

DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə e-huquq.az-a açıqlamasında deyib ki, vəkilin şöbədə döyülməsi ilə bağlı yayılan iddialar əsassızdır, qərəzlidir və  özünü müdafiə xarakteri daşıyır: “Məsələyə səbəb budur ki, Binəqədi qəsəbə sakini olan qadın mənzilindən oğurluq olması ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə müraciət edib. Şöbə əməkdaşlarının isti-izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin qadının qohumu olan bir şəxs şübhəli şəxs qismində saxlanılıb. Bununla bağlı Binəqədi  rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxs oğurluq əməli törətdiyini etiraf edib. Oğurladığı pulun bir qismini maddi sübut kimi istintaqa təhvil verib.

Həmin gün oğurluq törətməkdə şübhəli bilinən şəxsin tanışı olan, özünü və müvafiq orderi təqdim etməyən vəkil araşdırmanın gedişatına, nəticələrinə  əsassız və qanunsuz olaraq müdaxilə etməyə cəhd edib. Bu zaman  qanuni xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib, onları təhqir edib və şöbənin normal iş rejimini pozub”.

O.Mansurzadə bildirib ki, şöbədə vəkilin qanunsuz əməlləri nəzərinə çatdırılıb: “Araşdırma zamanı onun vəkil Orxan Kəngərli olduğu məlum olub.  Onun hərəkətlərinin yolverilməz olduğu özünə bildirilib. Əməli ilə bağlı hadisə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə sənədləşdirilib. Barəsində həmin maddəyə uyğun inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib”.

Rəis müavini söyləyib ki, vəkil  törətdiyi hüquqazidd əməllərini ört-basdır etmək və özünü  sığortalamaq üçün bu cür qərəzli məlumatlar yayıb: “Məsələylə bağlı Orxan Kəngərli rayon prokurorluğuna müraciət edib”.

Qeyd edək ki, vəkil Orxan Kəngərlinin Binəqədi rayonu 4-cü polis şöbəsində döyülməsi ilə bağlı Vəkillər Kollegiyasının sədri Anar Bağırov da münasibət bildirib. O, istənilən vəkilə qarşı təcavüzü şəxsən özünə qarşı təcavüz kimi qiymətləndirib.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + fifteen =

Close
Close