XƏBƏRLƏR

Bu gün Deputat Dilarə Cəbrayılovanın doğum günüdür

Bu gün Milli Məclisin deputatı Dilarə Cəbrayılovanın doğum günüdür.
“Yeni Gundem” -ın məlumatına görə, Dilarə Məmmədağa qızı Cəbrayılova 1971-ci il iyun ayının 3-də Bakı şəhərində anadan olmuşdur.1978-ci ildə Nardaran qəsəbəsində yerləşən 130 saylı tam orta məktəbə daxil olmuş, 1988-ci ildə oranı  bitirmişdir.
Elə həmin ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstutuna daxil olmuş, 1993-cü ildə həmən İnsitutun Rus dili və Ədəbiyyatı ixtisası üzrə təhsilimi tamamlamışdır.1996-cı ildən  2012-ci  ilə qədər Sabunçu rayonu  Nardaran qəsəbəsi 30 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2004-cü ildə Bakı Slavyan Universitetinə daxil olmuş, 2005-ci ildə Yenidə hazırlanma və ixtisasartırma kursunu bitirərək tarix ixtisasına yiyələnmişdir.2012-ci ilin sentyabr ayından isə Nardaran qəsəbəsində yerləşən 295 saylı tam orta məktəbin direktoru vəzifəsində  çalışır.2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, 2015-ci ildə 27 saylı Sabunçu  II Seçki Dairəsindən Azərbaycan Respublikası  V  Çağırış Milli Məclisin deputatı seçilmişdir.
Milli Məclisin  Aliə ,qadın  və  uşaq məsələləri  komitəsinin üzvüdür.
Brazilya,İtaliya , Kanada ,Qazaxıstan, Qətər,Litva,Polşa, Türkiyə,
Türkmənistən, parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Azərbaycan-Rusiya parlamentlərarası komissiyasının üzvüdür.
Ailəlidir, iki övladı var.
“Yeni Gundem” İnformasiya agentliyinin baş redaktoru Təbriz Məhərrəmoğluda deputat Dilarə Cəbrayılovanı doğum günü münasibətilə təbrik edir, ona uzun və sağlam ömür, fəaliyyətində uğurlar arzulayır!

 

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − five =

Close
Close