KİNO-DƏBMƏDƏNİYYƏT

“CinemaPlus” kinoteatrında yay mövsümünün açılışı keçirilib – VİDEO

“Amburan Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında yay mövsümünün möhtəşəm açılışı keçirilib.

“Yeni Gundem” xəbər verir ki, kinoteatrda musiqi müşayiəti altında əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü. Dekor bütünlüklə, Elton Conun həyatından bəhs edən “Roketmen” bioqrafik myuzikl-filminin parlaq tematikasını əks etdirirdi. Qonaqlar böyük həvəslə kinoteatrda quraşdırılmış səsyazma studiyası formasında olan fotozonada şəkil çəkdirirdilər. Həmçinin, böyük marağa səbəb olan Elton Conun obrazını və furşet masalarının qeyri-adiliyini vurğulamaq istərdik.

Tədbir “CinemaPlus”a premyerasından 6 gün öncə təqdim olunmuş “Roketmen” filminin nümayişi ilə başa çatmışdır.

Filmin rejissoru Dekster Fletçerdir.

Baş rollarda Teron Ecerton, Ceymi Bell və Brays Dallas Hovard yer alıb.

Film haqqında qısa məlumat: Əfsanəvi musiqiçi Elton Conun bütün həyatının əsas mərhələlərindən bəhs edən kinobioqrafiya. İzləyicilər hələ o vaxt Recinald Duayt olan Conun necə Kral Musiqi Akademiyasında təhsil aldığını və necə musiqi olimpinin zirvəsinə qalxdığını görəcəklər.

Tədbirin təşkilində  Amapola Exclusive Events, “Keyf-i Dem” restoranı, Basilur, Fresh Azcake и Ceylan MMC dəstək olublar.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

 







Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 1 =

Close
Close