Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
XƏBƏRLƏR

Azərbaycan ilk dəfə Avropanın ən böyük nəqliyyat sərgisində təmsil olunur

Azərbaycan ilk dəfə Avropanın ən böyük nəqliyyat sərgisində təmsil olunur.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “Yeni Gundem”-e bildirilib ki, Almaniyanın Münxen şəhərində “Nəqliyyat və logistika” sərgisi keçirilir. Bu sərgi Avropada miqyasına görə ən böyük hesab olunur, dünyada isə ilk beşliyə daxildir. Bir ildən bir keçirilən bu tədbirdə nəqliyyat, logistika, yükdaşıma və yüksək texnologiya üzrə dünyanın aparıcı şirkətləri təmsil olunur.
Münxen Messe mərkəzində keçirilən sərgidə ilk dəfə olaraq Azərbaycanın milli stendi quraşdırılıb. “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birgə təşkil etdiyi Azərbaycanın milli stendində hər üç qurumun nümayəndələri sərgi iştirakçılarına ölkəmizin tranzit imkanları, dəmir yolu, dəniz nəqliyyatı ilə daşımalar, limanlarımızın imkanları, Azərbaycanın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri infrastruktur layihələrinin imkanları və üstünlükləri barədə ətraflı məlumat verirlər. Həmçinin əməkdaşlığa dair görüşlər keçirilir, danışıqlar aparılır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti innovativ məhsulları, xidmətləri və imkanları təqdim edir.
Qeyd edək ki, ekspozisiya Münxen Messe sərgi mərkəzinin 10-dan çox pavilyon və açıq meydançalarında yerləşdirilib. 115 min kvadratmetr sahəsi olan, 62 ölkədən 2500-ə yaxın iştirakçının, eləcə də 123 ölkədən 60 mindən çox ziyarətçinin qatıldığı “Nəqliyyat və logistika” sərgisi nəqliyyat və logistika sektorunun bütün prosesləri ilə tanış olmağa imkan verir. Burada Almaniyadan və dünyanın hər yerindən qatılan iştirakçılara, eyni zamanda, əhatəli konfrans proqramı təklif edilir, həmçinin məlumat mübadiləsi üçün platformalar yaradılır.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + eight =

Close
Close