Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
CƏMİYYƏT

Daun və autizm sindromlu uşaqlar üçün bayram şənliyi keçirilib-FOTOLAR

1 İyun – Uşaqların Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.

Hər zaman bir çox lahiyələrə dəstək olan YeniGundem.az saytı ənənəsinə sadiq qalaraq bu günlərdə AMEA-nın Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Gənc Alimlər Şurasının üzvü,Azad Həmkarlar İttifaqinin üzvü Gülnarə Hüseynova, xalq ulduzu Anar Nəbiyev ilə bərabər yeni bir layihəyə imza atdı.

“Yeni Gundem” xəbər verir ki, “Rich Palace” şadlıq sarayında dünya müsəlmanlarının müqəddəs Ramazan bayramına və 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə özəl olaraq daun və autizm sindromlu uşaqlar üçün möhtəşəm bayram şənliyi keçirilib. Tədbirin keçirilməsində məqsəd uşaqlarda ikiqat bayram əhval-ruhiyyəsi yaratmaq, onlara göstərilən diqqət və qayğını əyani olaraq göstərmək idi.

Yüksək səviyyədə təşkil olunmuş şənlik həm uşaqlarda, hm də qonaqlarda xoş ovqat yaradıb.Tədbirdə uşaqlar üçün müəyyən olunmuş viktorinalar, oyunlar onların daha da əylənməsi üçün əlavə stimul olub. Eyni zamanda uşaqlara hədiyyələr paylanmaqla, hər zaman yaddaşlarında yaşadacaqları bir gün yaşadılıb.

Tədbiri öz şux mahnıları ilə daha da təravətləndirən müğənnilər xalq ulduzu Anar Nəbiyev,Tural Mehri, şair Baba Vəziroğlu oldu:

Göstərdiyi dəstəyə görə Rich Palace şadlıq sarayına təsəkkur edirik:

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − 1 =

Close
Close