CƏMİYYƏT

İctimai birlik xeyyriyəçilik missiyasını davam etdirərək Ramazan bayramında müharibə əlillərinə ehsan məclisi təşkil etdi

“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi hər il olduğu kimİ bu ildə 5 iyun tarixində , Sabunçu rayonunun Ramana qəsəbəsində xeyyriyəçilik missiyasını davam etdirərək Ramazan bayramında müharibə əlillərinə ehsan məclisi təşkil etdi.

“Yeni Gundem” xəbər verir ki, ehsan məclisinin təşkilatçısı, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin sədir müavini Məcid Məmmədov tədbir iştirakçılarını salamlayıb, Ramazan Bayramı münasibəti ilə təbdrik edərək , bildirdiki, əziz və hörmətli dostlar dəvətimizi qəbul edib bu tədbirə gəldiyiniz üçün sizlərə öz təşəkkürünü bildirdi. Sonra o çıxışını davam etdirərək qeyd etdiki, bildiyiniz kimi İlahinin hikmətlər xəzinəsi olan Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin amanlıq, qardaşılıq və bərabərlik yoluna dəvət edir.
Müsəlmənlar bu ayda Allah və din qarşısında vicdani borc və vəzifələrinin ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.
Ölkəmizin hər bir yerində mübarək Ramazan ayını, həmişə olduğu kimi, bu ildə böyük fərəh hissıəri və könül xoşluğu ilə yola salırlar.
Orucluğun sınaqlarından alnı açıq çıxan vətəndaşlarımız məmnuniyyətlə bayram sevinci bölüşür, dövlətimizin rifahi və tərəqqisi üçün diləklər edirlər, şəhidlərimizin ölməz ruhuna dualar oxuyurlar. İnanıram ki, müqəddəs bayram günlərində etdiyiniz dua və diləklər,saf niyyətlər tanrı dərgahında qəbul olunacaq, uca yaradan öz mərhəmətini xalqımızdan İnşəllah əsirgəməz. Azərbaycan Respublikasında bütün dini bayramlar, o, cümlədən də, Ramazan bayramı hər il təntənə ilə qeyd edilir.
Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayıdır. Bu ay ərzində ölkəmizdə təşkil olunan iftar süfrələri də ənənəvi tolerantlığı və sıx birliyi nümayiş etdirir. Bu əziz gündə bir daha bizlərə dəstək olan Beniluks Azərbaycanlıları Konqresi, Hollandiyada fəaliyyət göstərən Qarabağ idman kulubu və Vətən Müharibəsi Əlillərinə Komək İctimai Birliyi sizlərə və dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımıza bayram təbriklərini yetirir, ailələrinizdə xoşbəxtlik,sufrələrinizə bol ruzi- bərəkət arzulayırlar. Allah tutduğunuz orucunuzu qəbul etsin.

Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti, «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»nin direktoru Sərraf Oruc çıxış edərək xususi ilə vurğuladı ki, “Əl tutmaq Əlidən qalıb”. 11 ayın sultanı olan Ramazan ayında təşkil olunmuş bugünki, xeyriyyə missiyalı Ramazan bayramı məclisinin “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi tərəfindən artıq hər il ənnəna kimi davam etdirildiyinin bir daha şahidi olduq. Məndə fürsətdən istifadə edərək bu müqəddəs və gözəl gündə əziz Azərbaycan xalqını, Qazi qardaşlarımı və bütün dünya müsəlmanlarını mübarək RAMAZAN bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək, bu əziz bayram günündə hər birininə uzun ömür, cansağlığı və xöşbəxt, firavan həyat yaşamağınızı diləyirəm.
Sərraf Oruc və digər tədbir iştirakçılarından, “Ədalət yolu” qəzetinin baş redaktoru Yasəmən Qəyumlu, Qarabağ müharibəsi vetranı Azər Səfərov, başqa Qarabağ Qazisi, Ehtiyatda olan polkovnik–lentenat Elşən Məhərrəmov? Mamed Məmmədov çıxış edərək belə bir xeyirxaq misiyalı adət-ənnələri davam etdirib Qarabağ müharibəsi əlillərinə və imkansız aztəminatlı ailləri Ramazan bayramı münasibəti ilə onları sevindirdiyinə görə ikl növbədə “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin sədiri Qurban Məmmədova, Beniluks Azərbaycanlıları Konqresinin sədri Elsəvər Məmmədova və Hollandiyada fəaliyyət göstərən Qarabağ idman kulubunun rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.

Ehsan məclisinin sonunda Ramazan bayramı münasibəti ilə Qarabağ müharibəsi əlillərinə və imkansız aztəminatlı aillərə bayram sovqatı verildi.

Təbriz Məhərrəmoğlu

 

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × three =

Close
Close