HADİSƏ

Mingəçevir sakini keçmiş həyat yoldaşının qohumları ilə kütləvi dava edib

Mingəçevirdə ailə münaqişəsi zəminində baş vermiş mübahisə kütləvi davaya çevrilib.

APA-nın Mingəçevir bürosuna daxil olan məlumata əsasən, xoşagəlməz hadisə gecə saatlarında Heydər Əliyev prospektində, köhnə Tarix Muzeyinin yaxınlığındakı ərazidə baş verib.

Belə ki, şəhər sakinləri Teymur Hümbətov, Murad Musayev, Təyyar Hüseynov, Anar Şəfiyev və Kənan Əhmədoğlunun iştirakı ilə baş vermiş mübahisə münaqişəyə və kütləvi davaya çevrilib. Məlum olub ki, dava iştirakçılarından biri T.Hüseynov iki ay öncə boşandığı həyat yoldaşının qohumları ilə mübahisəyə çağırılıb. Deyilmiş ünvana ilk olaraq T.Hüseynovun dostları T.Hümbətov və M.Musayev yetişib. Dostların qarşısına T.Hüseynovun keçmiş həyat yoldaşının qohumları, yaxud onlarla yaxınlığı ilə bilinən və şəhərin kriminal aləmində yeni fiqurlardan hesab edilən A.Şəfiyev və K.Əhmədoğlu adlı şəxslər çıxaraq hədə-qorxu gəlib. Daha sonra mübahisə davaya çevrilib. Yalnız polis əməkdaşlarının müdaxiləsi sayəsində daha ciddi münaqişənin qarşısını almaq mümkün olub.

Əldə edilən məlumata görə, münaqişə zəminində xəsarət alanlar olub. Zərərçəkənlər Mingəçevir Şəhər Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. İyunun 6-sı üçün məhkəmə tibb ekspertizası təyin olunub.

Qeyd edək ki, münaqişədə adları müəyyən olunmamış daha iki nəfərin də iştirak etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + 2 =

Close
Close