SOSİAL

Gəlin körpə Damla qızımıza son damlamıza qədər YARDIM EDƏK – AXI O DA YAŞAMAQ İSTİYİR

Damla Gəncədə yaşayır. Cəmi 3 yaşı var bu körpənin. İllərlə övlad həsrəti ilə yaşayan Dadaşovlar ailəsinin yeganə övladıdır Damla. Bütün uşaqlar kimi onun da öz balaca dünyasının kiçik arzuları var.

O arzulardan ən böyüyü isə həmyaşıdları ilə bərabər oynamaq, qaçmaq, hoppanmaqdır… Lakin Damla bunu edə bilmir. Amansız xərçəng xəstəliyi bu körpə qızcığazın bütün arzularını əlindən alıb. O, körpə canı ilə təkbaşına sümük xərçəngi ilə mübarizə aparır. Onun bu mübarizədən qalib çıxması üçün isə bizim dəstəyimizə ehtiyyacı var. Gəlin körpə Damlamızın durumuna biganə yanaşmayaq, dualarımızla yanaşı ona maddi dəstək də duraq. Çünki xəstəlik nə qədər amansız olsa belə, ətrafdan gələn xoş auraya məğlub olar.

Körpə balamızın ağrıdan, acıdan yaxasını qurtarmaq üçün cəmi 3700 AZN məbləğində vəsait gərəkdir. “Dama-dama göl olar” deyir atalarımız. Hətda 1 AZN belə bu körpə üçün 1 gün daha artıq yaşamaq deməkdir. Hər kəsə səslənirik. Bir ailənin yeganə ümidi olan Damlaya kömək əlinizi uzadın. AXI ONUN DA YAŞAMAĞA HAQQI VARDIR.

Damlaya yardım etmək istəyənlər aşağıda göstərilən hesab və əlaqə nömrəsinə müraciət edə bilərlər:

KAPİTAL BANK MİLLiÖN HESABI 4169741332091980 (Hesab Damlanın anası Aynurə Dadaşovanın adına açılıb)

Əlaqə nömrəsi: 055 904 45 01 

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 9 =

Close
Close