Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
DÜNYA

13 yaşında həbs edilən Murtaza edam olunacaq

Səudiyyə Ərəbistanı rəhbərliyi “üsyan bə terrora təşəbbüs” ittihamı üzrə 13 yaşında həbs edilən Murtaza Qureirisi edam etməyə hazırlaşır.

“Yeni Gundem” “CNN”ə istinadən xəbər verir ki, 5 ildir həbsxanada saxlanılan Qureirisin Səudiyyə qanunlarına əsasən edamı gözlənilir. Murtuza 10 yaşında olarkən “Ərəb baharı” etiraz dalğası zamanı qardaşının təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsinə etiraz olaraq aksiyaya qoşulub. Velosipedlə aksiyada iştirak edən Qureiris aksiyadan 3 il sonra ailəsi ilə Bəhreynə gedərkən tutulub. O, polis bölməsinə “Molotov kokteyli” atmaq, terror təşkilatına üzv olmaq, aksiyalarda şiddətə meyillənmək, qardaşının dəfnində yürüş təşkil etmək və xalqı üsyana təhrik etmək cinayət maddələri üzrə günahkar bilinir.

Hazırda 18 yaşı olan və 5 illik həbs müddətinin 2 ilini təkadamlıq kamerada ağır işgəncə və stress altında keçirən Murtaza ona qarşı irəli sürülmüş ittihamları rədd edir.

Birləşmiş Millətlər Təşkilatının Qanunsuz həbslər üzrə İşçi Qrupunun Qureirisin 2016-cı ildə tutulması ilə bağlı hazırladığı məruzədə onun dinc nümayişlərə qatılmasına baxmayaraq, işgəncəyə məruz qalması, müxtəlif cinayətləri boynuna almağa məcbur edilməsi və həbsinin qanunsuz olduğu yazılıb.

Murtazanın 2011-ci ildə qatıldığı aksiyada iştirak edən səudiyyəli fəal Muhammed Daman açıqlamasında etirazların dinc xarakter daşıdğını və sözügedən videolarda Səudiyyə hökumətinin iddia etdiyi kimi zorakılığa yol verilmədiyini bildirib. Daman hökumətin bu aksiyaları qəsdən terror aksiyaları ilə əlaqələndirərək hökumət əleyhinə çıxan şəxsləri yox etməyə çalışdığını deyib.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × five =

Close
Close