GÜNDƏMTİBB

Oqtay Şirəliyevin məhkəməyə verdiyi jurnalistin anası vəfat etdi

Səhiyyə Nazirliyinin qarşısında soyunaraq etiraz edən jurnalist Teymur Kərimovun anası bu gün vəfat edib.

GÜNpress.az xəbər verir ki, o, axşam saatlarında dünyasını dəyişib. Mərhum sabah Sabahçu qəsəbəsində dəfn ediləcək.

Qeyd edək ki, T. Kərimovun anası xərçəng xəstəliyindən əziyyət çəkirdi. Jurnalist səhiyyədə olan rüşvətxorluğa etiraz olaraq nazirliyin binası qarşısında paltarlarını soyunaraq satışa çıxarmışdı. O, satışdan əldə edəcəyi pulu həkimlərə verəcəyini bildirirdi.

Buna görə də nazirlik jurnalisti məhkəməyə vermişdi və bu gün onun hazırlıq iclası keçirilmişdi.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − ten =

Close
Close