Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
DÜNYA

Qazaxıstanda seçki günü etiraz aksiyası – 500 nəfər saxlanıldı

Qazaxıstanın paytaxtı Nur-Sultan və Alma-Ata şəhərlərində razılaşdırılmamış etiraz aksiyası keçirilir.

“Yeni Gundem” xəbər verir ki, aksiyalar zamanı təxminən 100-ə yaxın nümayişçi saxlanılıb. Bu barədə ölkənin Daxili İşlər nazirinin birinci müavini Marat Kojayev məlumat verib.

Onun sözlərinə görə, mitinqdə saxlanılan jurnalistlər azad ediləcəklər.

 

Qeyd edək ki, bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir. Yerli vaxtla saat 18:00-də seçici fəallığı 72,9 faiz təşkil edib.

***

Qazaxıstanda mitinqdə saxlanılanların sayı 500-ə çatıb. Bu barədə DİN rəhbərinin müavini Marat Kojayev məlumat verib.
Onun sözlərinə görə, mitinqdə üç polis əməkdaşı xəsarət alıb. DİN rəsmisi, həmçinin seçki məntəqələrində hər hansı qayda pozuntusu hallarının yaşanmadığını əlavə edib.

Qeyd edək ki, DİN -in məlumatına görə, bu gün səhər saatlarından paytaxt Nur-Sultanda qadağan edilmiş “Qazaxıstanın demokratik seçimi” hərəkatının nümayəndələri icazəsiz mitiq keçiriblər.

***

Ölkədə prezident seçkiləri artıq başa çatıb.

 

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + 11 =

Close
Close