SOSİAL

15 yaşlı qız niyə intihar etməlidir?

 

Dünən rayonların birində 15 yaşlı bir qız uşağının evində özünü asaraq öldüyü xəbərini eşitdim. Səbəb nə imiş deyə soruşdum: “Ailəsi ilə aralarında münaqişə var imiş” dedilər. Ağlım almır. Dünən dünyaya gələn körpələr bu gün özlərini asırlar. Bu uşaqlar 20, 30, 40, 50, 60 və s.yaşlarını niyə görmək istəmirlər, nədir axı bunları bu düşüncəyə gətirən amil?!

 

Bizim vaxtımızda daha doğrusu dədə-babanın vaxtında analarımız bizə hirslənəndə qorxudan tir-tir əsirdik. Nəsə bir səhv hərəkət edəndə bilmirdik harda gizlənək. Anamızın könlünü xoş tutmaq üçün, bizə qarşı hirsi keçsin deyə çalışırdıq ki, gündəliyimizi “5”lərlə dolduraq ki, evə gələndə anamız görsün ürəyi açılsın.
Amma zaman keçdikcə zəmanə uşaqları çox pis hala gətirib çıxarır. Hər gün televizoru açanda, sosial şəbəkələrə girəndə ən az bir intihar xəbəri görürük, eşidirik. Ölkədə azyaşlıların intiharı artıq adiləşib.
Nədir bu uşaqları intihara çəkən amil? Gözlərini açar-açmaz hər uşağın əlində telefon hər telefonda da ən az bir dənə sosial şəbəkə.
Sosial şəbəkələrdə paylaşılan mövzular: İntihar, bıçaqlanma, təcavüz, uşaq qaçırtma, ailə münaqişəsi… Artıq bu xəbərlər heç kimi təəcübləndirmir, heç kimi qorxutmur. Məsələnin də faciəvi tərəfi budur, hər şey adiləşib, hər şey…
Niyə axı uşaqlarımız bu cür hadisələri görüb, eşidib böyüməlidir?! Bu cür xəbərləri paylaşmaq lazımdır əlbəttə, valideynlər görsün, bilsin, tədbir görsünlər deyə.
Lakin həmin valideynlər uşaq dil açar-açmaz əlinə telefon verib “hamının uşağında var, mənim uşağım niyə geri qalsın”, “uşaqdır, qoy dost-tanışlarında geri qalmasın” deyərək övladlarını kor və cahil böyümələrinə yol açırlar.
Çox vaxt deyirlər ki, rayon və kənd camaatı cahildir bəs yaxşı şəhər insanları, təhsilli valideynlər görmürlər ki, ağılasığmaz hadisələr baş verir, uşaqları telefondan uzaqlaşdıra bilməsələr belə onlara güclü təbliğat etmək lazımdır. Uşaqlara kitab oxumağı öyrətmək lazımdır, instagram yükləməyi deyil!
Uşaqlarımız seriallara baxıb, sosial şəbəkələrə girib intihar, zorlanma, təcavüz görməsə, inanın ki, bu hadisələrin də qarşısı alınar.
Səbinə Əhmədova  

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + 5 =

Close
Close