Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
HADİSƏ

Azərbaycanda ban nömrəsi saxta olan “Land Rover” saxlanılıb

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə sənədlərdən aldatma yolu ilə istifadə edərək ölkə ərazisinə “Land Rover Discovery” markalı nəqliyyat vasitəsinin gətirilməsi barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sənədlərdə 2014 -cü il buraxılışlı göstərilən şassi nömrəsi “SALLAAAM6EA727547” olan “Land Rover Discovery” markalı avtonəqliyyat vasitəsinin olduğu yer müəyyən edilib və saxlanılıb.

Üzərindəki şassi və ban nömrəsinin saxta olması şübhə doğurduğu üçün xüsusi texniki vasitələrlə avtomobil yoxlanılıb.

“Land Rover Discovery” markalı avtonəqliyyat vasitəsinə texniki və diaqnostik baxış həyata keçirildikdən sonra həmin nəqliyyat vasitəsinin buraxılış ilinin 2015-ci il, qanuni şassi nömrənin “SALLAAAF6FA732079” olduğu müəyyən edilib.

 

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 4 =

Close
Close