Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
İQTİSADİYYAT

Barama tədarükünə görə birinci yeri bu rayon tutur

Füzuli rayonu kümçüləri barama tədarükünə görə nəzərdə tutulan tapşırığı respublikada birinci olaraq yerinə yetiriblər. Bu günədək 48 tondan çox barama tədarük edilərək, “Azəripək” MMC-yə təhvil verilib. Cari ildə 1150 qutu (21 min 850 qram) ipəkqurdu toxumu yetişdirən rayon kümçüləri hazırda barama tədarükünü davam etdirirlər.

“Yeni Gundem” xəbər verir ki, baramaçılıq xüsusilə 1970-1980-ci illərdə Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən olub. 1993-cü ildə rayonun işğal olunması ilə tənəzzülə uğrayan baramaçılıq 2016-cı ildə yenidən bərpa edilib. Həmin il rayonda 3,3 ton, 2017-ci ildə 24.4 ton, 2018-ci ildə 37.5 ton yaş barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 130 min ədəddən çox tut tingi əkilib.

Bir kiloqram yaş baramanın qiymətinin subsidiya ilə birgə 9 manat olması rayon sakinlərinin bu sahəyə marağını artırıb. Rayon kümçüləri 2017-ci ildə ildə barama istehsalından 230 min manat, 2018-ci ildə 340 min manat gəlir əldə etmişdilərsə, cari ildə bu sahədən 450 min manat gəlir götürülməsi nəzərdə tutulur. İpəkçiliyin inkişaf etdirilməsinin hesabına rayonda minlərlə məcburi köçkün mövsümü işlərə cəlb olunmaqla məşğulluqları təmin olunub.

İcra Hakimiyyətindən verilən məlumata görə, rayon ərazisindəki yeni tut ağaclarının əkilməsini, əhalinin baramaçılıq sahəsindəki təcrübəsini və kümçülərin baramaçılıqdan gəlir əldə etməsinin nəzərə alaraq, növbəti illərdə rayonda barama istehsalının daha da artacağını proqnozlaşdırmaq olar.


Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 3 =

Close
Close