GÜNDƏMMANŞET

Nazirlik prezidentin göstərişinə qarşı – Sensasion manipulyasiya/FOTOFAKT

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nəsə qeyri-müəyyən proseslər gedir”.

Bu barədə internet texnologiyaları üzrə ekspert Osman Gündüz açıqlama verib. Onun sözlərinə görə, bu gün nazirlik rəsmisi “Delta Telecom”un bir ay bundan öncəki qiymət endiriminin real olmadığını bildirib.

“Deltanın 70%-lik endiriminə nazilriyin heç bir reaksiya vermədiyi ilə bağlı mənim tərəfimdən olan açıqlamaların da ədalətli olmadığını qeyd ediblər.

Düzü, hamının qiymət endirimi gözlədiyi bir zamanda, buna özüm də təəcübləndim. Və dərhal “Delta Telecom”un provayderlərə 70% endirimlə bağlı rəsmi açıqlamasını tapdım. İndi də saytlarında durur.

Həm də aydınlaşdırdım ki, bu qurum tərəfindən hətta nazir müavininə də endirimlə bağlı paketlər təqdim edilib”.

O. Gündüz deyir ki, nazirliyin dünənki açıqlamasında isə tamam fərqli mesajlar verilib: “Belə olan halda anlamıram ki bu dövlət qurumunda nə baş verir. Kimlərdir məlumatları nazirdən gizlədən və ya manipulyasiya edən?

Hazırda real vəziyyət belədir: Biznes sektoru qiyməti endirmək, bazarı liberallaşdırmaq istəyir. Bununla bağlı rəsmi mövqe ortaya qoyub.

Bazarın 50%-ə nəzarət edən dövlət provayderlərinin tabe olduğu dövlət qurumu və eyni zamanda tənzimləyici qurum olan NRYTN isə görünən odur ki, hələlik buna qarşıdır”.

Nazirlik prezidentin göstərişinə qarşı –

AFN.AZ

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − 7 =

Close
Close