Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/h43093/public_html/yenigundem.az/wp-includes/post-template.php on line 310
TƏHSİL

“Son zəng” ərəfəsində “Əziz müəllimim” mahnısına yeni klip çəkilib

Təhsil Nazirliyi və “ASAN Radio”nun birgə layihəsi çərçıvəsində “Əziz müəllimim” mahnısına yeni klip çəkilib. Sözləri Məhəbbət İbrahimovaya məxsus olan mahnının bəstəkarı və ifaçısı Sevinc Ağasıyevadır. Klipin quruluşçu rejissoru Bəhruz Əliyev, quruluşçu operatoru Nadir Mehdiyev, layihənin rəhbəri “ASAN Radio”nun direktoru Emin Musavidir. Təşkilati dəstək “EM Group” inşaat şirkətidir.

“Yeni Gundem”  xəbər verir ki, mayın 13-də Səbail rayonunda yerləşən 6 nömrəli məktəb-liseydə “Əziz müəllimim” mahnısı yeni aranjemanda təqdim olunub.

Təqdimat mərasimində Təhsil Nazirliyinin sektor müdiri Firudin Həmzəyev, “ASAN Radio”nun direktoru Emin Musavi və digər çıxış edənlər yeni kliplə bağlı təəssüratlarını bölüşüblər.

Qeyd edilib ki, çəkilişlər “ASAN Radio” və 6 nömrəli məktəb-liseydə aparılıb. Klipdə müəllim obrazını Əməkdar artist Xalidə Quliyeva canlandırıb. Onun simasında müəllim peşəsinin xüsusiyyətləri – nəciblik, peşəkarlıq, səbirli və diqqətli olmaq, o cümlədən müəllim-şаgird münаsibətlərində ən vacib məqamlar öz əksini tapıb. Klipdə, həmçinin tanınmış aparıcı və aktyor Şəhriyar Əbilov, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Türkay Cəfərli, “ASAN Radio”nun aparıcısı Ruslan Zeynal və başqaları rol alıb.

Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =

Close
Close